online bazarın təhlili
29-Mar-2024
Müəlif: Oko Azerbaijan 414
Kateqoriya: Rəqəmsal Marketinq

İlk öncə bazarın analizi

Hər şeydən əvvəl, rəqiblərin qiymətlərini təhlil etməyə dəyər, çünki bazarda seçim çox böyükdür və alıcı çox vaxt bu prinsipə əsasən hərəkət edir: "fərq varsa, niyə daha çox pul verim?" Çeşidinizin digər satıcılarla müqayisədə nə qədər geniş olması da vacibdir. Yalnız kifayət qədər geniş çeşid böyük bir trafik təmin edə bilər. Və bu həcm nə qədər böyükdürsə, maraq ogədər yüksək olar, nə qədər yüksək olarsa, satış da o qədər yüksək olar.

Çeşitlərin nə qədər genişləndirilməsi, kateqoriyanın və markanın xüsusiyyətlərindən asılıdır, universal bir resept yoxdur. Məsələn, Moda kateqoriyasında Shopping Live təcrübəsinə görə, ən yaxşı mövqe sayı 500-dən 1000-ə qədərdir. Üstəlik, çeşidlərin davamlı genişləndirilməsi də həmişə faydalı deyil. Məhsul həcmi bazarı təmin etdiyi halda, stokda olan məhsulların saxlanılnması xərclərinin, qazancı aşmamasına nəzarət etmək vacibdir.

SEO optimizasiya

Axtarış nəticələrində uğurlu olmaq üçün məhsulu diqqətlə hazırlamalısınız. Adından təsvirinə qədər hər şey vacibdir. Nəgədər ətraflıdırsa və dolğundursa, bir o qədər yaxşıdır. Shopping Live, məhsulların televiziyada tanıdılması təcrübəsindən faydalanır. Efirdə hər məhsul üçün bir neçə dəqiqə ayrılır və təqdimatı üçün ən qısa və faydalı təsvir edilir.

Məsələn, bir paltar satılırsa, rəng, material və ölçü barədə əsas məlumatlara əlavə olaraq aparıcılar və mütəxəssislər hansı fiqur tipinə uyğun olduğunu, hansı rəng kombinasiyalarına uyğun olması və s. kimi məlumatlar verilə bilər. Bu yanaşma yazılı şəkildə də tətbiq oluna bilər. İstifadəçi nə qədər faydalı detallar əldə edərsə, bir o qədər məhsulla maraqlanacaq.

Bazarın xüsusi alətləri ilə inteqrasiya

Hər bazarda ödənişli marketinq dəstəyi alətləri vardır. Çox vaxt, bannerlərdə reklam, elektron poçtlara bildirişlərin göndərilməsi, vitrinlərin dekoru və s.

Bazara yeni daxil olan markanın bu alətlərlə işləyərkən nəyi unutmaması vacibdir:

Birincisi, hazır bir baza ilə başlamaları lazımdır: hazırlanmış çeşid və məhsul paketi, marketinq kampaniyası zamanı dəyişməyəcək müəyyən qiymətlər;
İkincisi, hər bir vasitəni ayrıca sınaqdan keçirməyə dəyər. Bu yolla, marketinq büdcənizi boş yerə xərcləmədən, hər birinin effektivliyini tez bir zamanda öyrənə və ən gəlirli olanı təyin edə bilərsiniz.
Marketinq imkanları baxımından Ozon və AliExpress xüsusilə əlverişlidir: reklamlarla iş modelləri veb saytlarında təsvir olunur və fərdi sahibkarlardan tutmuş iri pərakəndə satışlara qədər bütün səviyyələrdə işlərin təşviqinə imkan verir.

Streaming yeni TV alış-veriş əlatədir

"Divanda alış-veriş" keçmişin üsulu kimi görünə bilər, amma, indi o geri dönür. AliBaba bu şəkildə alıcıları ilk cəlb edən oldu,trendi AliExpress davam etdi ​​və keçən il Ozonda onlarla yanaşı yayımlara başladı

Streaming daha çox satmağa necə kömək edir? Bu prinsip TV alış-verişində olduğu kimidir, hətta bir az daha sadədir. Canlı yayımlar həmişə geniş əhatə dairəsidir, bu da satıcının səhifəsinə və ya yayımla birləşdirilmiş məhsul səhifəsinə çox sayda keçid deməkdir. Daha çox klik, və satışlar.

Seçimin genişliyi bazarın əsas üstünlüklərindən biri kimi təqdim olunur, amma əslində bir çox alıcı oxşar markaların dənizində itib-batır və ən yaxşı variantı tapmağa çalışan zaman əsəbiləşməyə başlayırlar. Və yalnız Streaming’ə qoşulmaq kifayətdir ki aparıcılar özləri sizə nəyi, niyə və hansı qiymətə almağın daha yaxşı olduğunu deyəcəklər. Tanıdılmış format birdən yeni gəlirli bir satış kanalı oldu.


Şərh yaz

Elektron poçtunuz görünməyəcək. Zəruri xanalar qeyd olunur *

Müştərilər

Contact Form

Abunə